13 Yanvar 2020 16:00
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi daxilində həlli mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ararat Mirzoyan deyib.

“Ermənilərin Azərbaycan ərazisində və ya Azərbaycanın suverenliyi çərçivəsində fiziki təhlükəsizliyini təmin etmək mümkün deyil. Münaqişənin bu formada həlli qeyri-mümkündür. Beləliklə, Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etməyin yeganə yolu Qarabağın öz müqəddəratını təyin etməsidir. Ermənistan Respublikası bu təhlükəsizliyin qarantıdır”, - Mirzoyan bildirib.

Baş nazir Nikol Paşinyandan sonra Ararat Mirzoyan da “Qarabağın təhlükəsizliyinin qarantı Ermənistandır” ifadəsini təkrarlamaqla, ölkələrinin prosesdə işğalçı tərəf kimi iştirak etdiyi etiraf edir.

Bu faktora söykənərək, erməni rəsmilər tez-tez Ermənistan ordusunun işğal etdiyi Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının mümkünsüzlüyünü dilə gətirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər