İran məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn İsmaili Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin qara qutusunu Fransaya göndərildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Qara qutu oxunması üçün Fransaya göndərildi”, – deyə agentlik onun sözlərindən sitat gətirir.
Q.İsmaili bundan əvvəl Tehranda Ukrayna təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bir neçə nəfərin həbs olunduğunu elan etmişdi.
“Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Qəzanın qurbanı 176 nəfər olub.
Yanvarın 11-də Tehran ölkənin hava hücumundan müdafiə sisteminin sərnişin təyyarəsini qanadlı raket zənn edərək səhvən vurduğunu etiraf edib.