İspaniyanın Tarraqona vilayətində (Kataloniya muxtar icması) neft-kimya zavodunda güclü partlayış baş verib.
Teleqraf.com-un məlumatına görə, bu barədə jeneralitetin mülki müdafiə xidməti bildirib.
Məlumata əsasən, yaralıların olub-olmadığı hələki məlum deyil.
Xidmət yerli sakinlərdən evlərini tərk etməmələrini və pəncərə və qapılarını bağlamağı tövsiyə edib.