16 Yanvar 2020 22:27
2 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Prezidenti Əbdülfəttah Sisi ərəb ölkələrinin rəhbər şəxslərini, bolqarıstanlı həmkarı və Ermənistan Prezidenti Armen Sərkisyanın iştirakı ilə Bernis hərbi bazasının açılışını edib.

Teleqraf.com xəbər verir ki, Misir mediası açılış mərasiminə dəvət etdiyi şəxslərlə Sisinin Türkiyəyə ismarış göndərmək istədiyini yazıb.

Sisi bolqarıstanlı həmkarı Boyko Borisova mərasimə qatıldığı üçün təşəkkür edib, tezliklə Bolqarıstana səfər edəcəyini açıqlayıb. İsraildə yayımlanan Kanal12 Bernis bazasının İsrailin mənfəətində olduğunu açıqlayıb.

Kanalın ərəb bölməsinin analitiki Ehud Yaari Misirin regionda güclənməsi ilə İsrail gəmilərinin də təhlükəsizliyini təmin edəcəyini bildirib.


Müəllif: Nərgiz