18 Yanvar 2020 15:21
2 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Almatı şəhər məclisinin deputatları dinc mitinqlərin keçiriləcəyi yerləri təsdiqləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

Almatı şəhər məclisinin deputatı Rəhman Alşanov bildirib ki, ölkə prezident Qasım-Jomart Tokayevin sərəncamıına görə, hər böyük şəhərdə mitinqlər üçün iki yer ayrılmalıdır: “Əvvəlki yerimiz “Sarı-Arka” kinoteatrının arxasındakı meydan idi, amma o zaman bu yer müvəqqəti seçilmişdi, indi isə qanuniləşdirildi. İkinci yer isə Mohandas Qandi adına park oldu”.

O əlavə edib ki, yeni qanun layihəsində dinc toplantıların keçirilməsi üçün bildiriş göndərilməsi nəzərdə tutulub: “Bildiriş veriləcək, ancaq yerli hakimiyyətlə razılaşdırılacaq. Çünki qadağan olunmuş yerlər – xəstəxanalar, məktəblər, hərbi hissələr var. Təşkilatçılar bildiriş təqdim edirlər, meriya baxır və razılıq verir”.

Xatırladaq ki, bir müddət əvvəl Milli Etimad Şurasının iclasında Qazaxıstan Prezidenti ictimai şüura mitinq mədəniyyəti aşılamağın vaxtının gəldiyini vurğulamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər