23 Sentyabr 2014 17:27
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Qafqazda son 15 ildə baş tutan əməliyyatlarda Rusiya 10 mindən çox militan öldürüb.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbər görə, bunu Rusiya Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini Sergey Bunin bildirib.

Şimali Qafqazda terrorla mübarizənin davam etdiyini deyən Bunin terrorçulara qarşı 40 mindən çox əməliyyat aparıldığını, nəticədə 5 minə yaxın düşmən bazasının məhv edildiyini açıqlayıb. O əlavə edib ki, bununla yanaşı 30 mindən çox müxtəlif çaplı silahlar ələ keçirilib, 80 minə yaxın mina zərərsizləşdirilib.

Qeyd edək ki, Rusiyanın Şimali Qafqaz bölgəsində milis qüvvələri ilə terror qrupları arasındakı mübarizə Sovet İttifaqının dağılmasından bu yana davam edir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər