20 Yanvar 2020 20:46
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yavuz araşdırma və qazma gəmisi Şərqi Aralıq dənizinin Kipr yunanlarının özlərinin saydığı 8 nömrəli bölgədə qazma-kəşfiyyat işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, Kiprin yunan tərəfi “Türklər burnumuzun dibini qazılar” deyə təlaş keçirməyə başlayıb.

Kipr adasının qərbində axtarış-qazma işlərini başa çatdıran Yavus gəmisi Kiprin yunan tərəfinin 13-cü hissə saydığı əraziyə gəlib. Yavuz gəmisi bu paraleldə qazıntı işlərinə başlayıb. Yavuz gəmisi adanın cənubundakı Kipr Türk Respublikasının verdiyi razılıq əsasında iş görəcək. Bu fəaliyyət mayın 24-nə qədər davam edəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər