21 Yanvar 2020 18:17
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı deputat Əhməd Həmzə ABŞ Prezidenti Donald Trampın başına 3 milyon dollar pul mükafatı qoyub.

Teleqraf.com “Röyters”-ə istinadən xəbər verir ki, Həmzə Trampı öldürənə 3 milyon dollar verəcəyini bildirib.

İran parlamentindəki çıxışında deputat bunları deyib: “Kim Trampı öldürsə, Kirman əhalisinin adından ona 3 milyon dollar verəcəyik”.

Əhməd Həmzə qərarının İranın dini lideri Əli Xameneyi tərəfindən verilib-verilməməsi haqda heç bir söz deməyib.

Kirman yanvarın 3-də ABŞ hərbi qüvvələri tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin vətənidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər