ABŞ Senatı Prezident Donald Trampın impiçmenti ilə əlaqədar dinləmələrə başlayıb.
Teleqraf.com xəbər verir ki, Respublikaçıların lideri Mitç Makkonnellin məlumatına görə, yalnız Senat impiçment məsələsini həll edə bilər.
O bildirib ki, senatorların əksəriyyəti artıq prosesin təşkili ilə bağlı yanvarın 21-də Senata təqdim olunan qətnaməni dəstəkləməyə hazırdır. Prosedura əsasən, əvvəlcə Aşağı palatanın nümayəndələri ittihamlarını səsləndirəcək, daha sonra söz Prezidentin vəkilinə veriləcək, sonda isə senatorlar yazılı şəkildə hər iki tərəfə suallarını ünvanlayacaq. Dördüncü mərhələdə Senat əlavə sübutlara və ya şahidlərin ifadələrinə baxılmasının lazım olub-olmadığına qərar verəcək.
Qeyd edək ki, Nümayəndələr Palatası ötən ilin dekabrında Trampa qarşı iki maddə üzrə - səlahiyyətlərindən sui-istifadə etmək və Senatın fəaliyyətinə maneçilik törətmək – ittiham irəli sürüb.