Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bu gün “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə üçün Suriyaya edilən hava hücumlarını müzakirə edəcək.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, görüş Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Rusiya tərəfi belə hücumların Suriya hakimiyyəti ilə razılaşdırılmalı olduğunu bəyan edib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.