Almaniyanın Drezden şəhərindəki Zemper Opera Teatrı “Müqəddəs Gevorq” medalını bu il Misirin qiyamçı prezidenti Əbdülfəttah Sisiyə verəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, teatrın qərarı ölkədə etirazlara səbəb olub.
Sosial şəbəkə istifadəçiləri teatr rəhbərliyinə “Qiyamçı bir diktatora necə mükafat vermək olar” sualını ünvanlayıb.
Teatrın direktoru Hans-Yoahim Frey isə etirazlara baxmayaraq, verikləri qərarı müdafiə edib.
Ölkələr və sənət arasında körpü qurmaq istədiklərini bildirən Frey bu qərarın siyasi olmadığını iddia edib.
Sözügedən mükafata 2009-cu ildə Rusiya Prezidenti Vladimir Putin. 2017-ci ildə isə Rumıniyanın altıncı prezidenti Klaus Yohannis layiq görülüb.