27 Yanvar 2020 12:24
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar üzrə agentliyi məlumat yayıb.

Belə ki, bu gün səhər saatlarında Elazığ şəhərində xilasedicilər dağıntılar altından bir həlak olanın cəsədini tapıb, daha iki nəfər hələ də dağıntılar altındadır.

Daha əvvəl 38 ölü və 1607 xəsarət alan olduğu bildirilirdi.

Elazığ vilayətinin Sivricə şəhəri yaxınlığında cümə günü axşam saatlarında 6,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Adana, Hatay, Osmaniyə, Tunceli, Qaziantep, Şanlı Urfa, Malatya, Mardin, Samsun, Tokat, Çorum və Kayseridə, həmçinin Suriyanın şimal bölgələrində hiss edilib.


Müəllif: Səxavət