27 Yanvar 2020 15:30
2 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentin köməkçisi Vladislav Surkovun istefası ilə bağlı yayılan xəbərləri, həmçinin, Kremlin Ukraynaya münasibətinin dəyişməsinə dair yayılan xəbərləri şərh edib.

Teleqraf.com xəbər verir ki, D.Peskov jurnalistlərə açıqlamasında deyib:

“Hələlik yalnız onu deyə bilərəm ki, Surkovun vəzifəsindən azad edilməsi ilə bağlı hələ heç bir qərar verilməyib. Surkov hələ də prezidentin köməkçisi olaraq qalır”.

Bununla belə, D.Peskov V.Surkovun işə çıxıb-çıxmadığı barədə konkret fikir bildirməyib.

“Heç bir dəyişiklikdən söhbət gedə bilməz”, – bunu isə D.Peskov Kremlin Ukraynaya siyasətinin dəyişməsinə dair yayılan xəbəri şərh edərkən deyib. Bununla yanaşı o əlavə edib ki, Kremlin strategiyası heç vaxt Ukrayna ilə qarşıdurma ideyalarına söykənməyib.

“Rusiya iki ölkə arasında münasibətlərin qurulmasının tərəfdarı idi və tərəfdarıdır”, – deyə Kreml nümayəndəsi bildirib.

Bundan əlavə, Peskov qeyd edib ki, hazırda Kremldə Ukrayna istiqaməti üzrə məsələlərlə de-yure Vladislav Surkov və lazım gəldikdə prezident köməkçisi Yuri Uşakov məşğuldur.

Qeyd edək ki, şənbə günü bir sıra xarici KİV-lərdə Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun tutduğu postu "Ukrayna istiqamətində" kursun dəyişməsi ilə əlaqədar tərk etdiyi barədə xəbərlər yayılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər