29 Yanvar 2020 19:43
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri Hakan Fidanın İsrail mediası tərəfindən hədəfə alınmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ərdoğanın fikrincə, əgər İsrail mediası Hakan Fidanı hədəf göstərirsə, deməli Türkiyə düzgün yoldadır.

“Biz İsrail mediasına əsasən hərəkət edəcəyiksə, vay halımıza. Kəşfiyyat rəhbərimiz üçün vurğu ilə o cür şeylər yazırlarsa, doğru istiqamətdəyik. Xeyirli olsun!”, - deyə Türkyə prezidenti vurulayıb.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahuya yaxınlığı ilə tanınan “Makor Rişon” qəzeti “Sultan və Süleymani” başlıqlı məqaləsində İraqda öldürülən İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” birqadasının komandanı Qasım Süleymani ilə Hakan Fidanı bir-birinə bənzədərək bu şəxslərin İraq və Suriyada ölkələrinin adından müharibə apardığını iddia edib.

Məqalədə qeyd edib ki, hazırda Qasım Süleymani yerin üç arşın altında yatdığına görə, MİT rəhbəri Hakan Fidanın sui-qəsdlərinə diqqət etməyin zamanı gəlib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər