2 Fevral 2020 00:17
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa xarici işlər nazirinin müavini Pavel Yablonskinin Rusiyanın Polşaya təzminat ödəyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Zaxarova açıqlamasında Yablonskini “top oyunlarını dayandırmağa” çağırıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi deyib: “Ümid edirəm Polşa mediası bu felin mənasını düzgün çatdıra və diplomatına sözün etimologiyası barədə də məlumat verə bilər”.

Bundan əvvəl, Yablonski İkinci Dünya Müharibəsi zamanı ölkəyə dəymiş ziyana görə Rusiyanın Polşaya təzminat ödəməli olduğunu bildirmişdi.

Diplomatın açıqlamasından əvvəl isə Polşada Rusiyanın bu ölkəyə müdaxiləyə hazırlaşdığı barədə iddia yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər