Tanzaniyada kilsələrin birində izdihamda ən azı 20 nəfər həlak olub.
Teleqraf.com-un məlumatına görə, hadisə kilsə xidməti zamanı baş verib. Xidmət yanvarın 2-si Moşi şəhərində yerləşən evangelist xristian kilsəsində keçirilib.
Şəhərin dairə komissarı Kippi Variobiya bildirib: "Hal-hazırda 20 nəfər həlak olub, ancaq yaralılar olduğu üçün ölənlərin sayı arta bilər".
İzdiham Tanzaniyada məşhur pastor Bonifasiy Mvamposanın xütbəsi zamanı olub.