2 Fevral 2020 21:27
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burkina-Fasonun şimalında silahlıların hücumu nəticəsində təxminən 20 dinc sakin həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Agency France Presse” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, hücum şənbədən bazar gününə keçən axşam Seno əyalətinin Lamdamol kəndində olub.

"Naməlum silahlılar Lamdamol kəndinə hücüm etdilər, təxminən 20 dinc sakin öldürülüb", - mənbə bildirib.

O, əlavə edib ki, silahlılar motosikletlərdə hərəkət ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər