24 Sentyabr 2014 16:26
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan ABŞ-ın təşəbbüsü ilə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı yaradılan koalisiyaya fəal dəstək verməyəcək.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Bolqarıstan müdafiə naziri Velizar Şalamanov açıqlama verib.

O deyib ki, hökumət bu məsələdə müzakirə aparmayıb: “Bizim hava qüvvələrimizin məhdud olduğunu və müştərək əməliyyatlarda iştirak edəcək tutuma malik olmadığını düşünürəm. İnsani yardım və yüngül hərbi təchizat ilə Avropa İttifaqı və NATO-ya üzv ölkələrə dəstək verə bilərik”.

Rusiya haqqında verilən sualı cavablandıran Şalamanov NATO və AB-yə üzv olmayan bütün ölkələrdən hərbi baxımdan Bolqarıstanın asılılığını azaltmağın vacibliyini qeyd edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər