4 Fevral 2020 11:07
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı əsgərləri salamlaması Rusiya mediasında müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, rus mediası Ərdoğanın ukraynalı hərbçiləri nasist şüarı ilə salamladığını iddia edib.

Mənbələr Türkiyə liderinin “Yaşasın Ukrayna! Qəhrəmanlara eşq olsun!” salamının (“Slava Ukaine! Qeroyam slava!”) İkinci Dünya Müharibəsində Ukraynada nasistlər tərəfindən şüar kimi səsləndirildiyini yazıb.

2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ”Yaşasın Ukrayna” şüarı səsləndirdiyinə görə Xorvatiya milli komandasının oyunçusu Domaqoj Vida barəsində FİFA-da intizam işi açılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər