4 Fevral 2020 16:12
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı Rusiyada həkimi və tibb bacısını döyüb.

Teleqraf.com oxu.az-a istinadən xəbər verir ki, hadisə Volqoqrad şəhərində baş verib.

Məlumata görə, 22 yaşlı azərbaycanlının yeddi aylıq hamilə arvadı 2 №-li Perinatal Mərkəzə müayinəyə gəlib.

Həkim müayinədən sonra onun xəstəxanada, nəzarət altında qalmasının lazım olduğunu deyib. Lakin qadın ərinə zəng edərək, onu evə aparmasını istəyib.

Xəstəxanaya gələn azərbaycanlı qeydiyyat şöbəsinin girişində 39 yaşlı həkimi və 64 yaşlı tibb bacısını döyüb.

Daha sonra o arvadını da götürərə, xəstəxanadan çıxıb.

Məhkəmə tibb ekspertizasının qərarından sonra faktla bağlı cinayət işi açılıb, azərbaycanlı məsuliyyətə cəlb olunub.


Müəllif: Teleqraf.com