İranın təbii sərvətlər və kənd təsərrüfatına nəzarət edə bilmək üçün kosmosa göndərdiyi “Zəfər-1” adlı yerli istehsal olan peyk nəzərdə tutulan sürətə çatmadığı üçün Hind okeanına düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
Məlumatda peykin “Simurq” raketi ilə kosmosa göndərildiyi bildirilib. Peykin istənilən sürətə çata bilmədiyi üçün 8 dəqiqə sonra Hind okeanına düşdüyü qeyd edilib.