11 Fevral 2020 20:15
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın strateji nüvə qüvvələrinin (SNF) yenilənməsi bir neçə onilliklər aparacaq və bu məsələ prezidentin istəyi ilə həll edilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinlə silahlara nəzarət müqavilələri olmadığı təqdirdə, ABŞ-ın dünyada ən güclü nüvə qüvvələrini yaradacağını bildirib.

Tramp, eyni zamanda ABŞ-ın nüvə arsenalının ölçüsünü müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Korotçenko isə hesab edir ki, strateji nüvə qüvvələri üçün müasir silahların yaradılması onilliklər boyunca davam edən çətin və əziyyətli işdir:

“Əlbəttə bir müddətdir ABŞ-ın müəyyən formada strateji nüvə qüvvələri mövcuddur. Üstəlik, bilirik ki, bu qüvvələrin mərhələli olaraq modernləşdirilməsi planlaşdırılır: yeni sualtı strateji raket daşıyıcısı, yeni Amerika strateji bombardmançı sistemlərinin hazırlanması və s. ”.

Onun sözlərinə görə, bu proqramlar ABŞ tərəfindən qərar verilən andan bir neçə onilliklər ərzində tamamilə yenilənənədək həyata keçiriləcək:

“Yəni Moskva və Vaşinqton arasındakı strateji tarazlıq pozulmayacaq. Rusiya artıq strateji nüvə qüvvələrini yenidən təchiz edib. Yaxın illərdə yeni nüvə daşıyıcılarının sayı 100 faiz artacaq. Silah yarışında iştirak etmədən balansı qoruyuruq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər