Gürcüstanın Daxili İşlər Nazirliyinin “oğru dünyası”nın 6 üzvünün saxlanıldığını açıqlayıb.
Həmin şəxslər Tbilisi, Kutaisi, Batumi və Kobuletidə həyata keçirilən xüsusi əməliyyatlar zamanı yaşadıqları evlərdə yaxalanıblar.
Axtarış zamanı saxlanılan şəxslərdən xaricdə yaşayan gürcü “qanuni oğru”larla və bir-biriləri ilə əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonlar müsadirə olunub. Onların maliyyə mübahisələrinin həlli üçün “qanuni oğrular”a müraciət etdikləri müəyyən olunub.
“Oğru dünyası”nın üzvlərini 3 ildən 10 ilədək həbs cəzası gözləyir./Report/