13 Fevral 2020 01:16
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Massaçusets ştatının keçmiş qubernatoru Deval Patrik prezidentlik ambisiyalarından imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. 63 yaşlı siyasətçi seçki yarışından çəkildiyini və kampaniyasına son verdiyini bəyan edib.

Afroamerikan mənşəli Deval Patrik Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq istəyirdi.

Deval Patrik 2007-2015-ci illərdə Massaçusets ştatının qubernatoru olub.

Ötən gün ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasından iddiaçılar arasında yer alan biznesmen Endrü Yanq da seçkiqabağı yarışı tərk edib.

Hazırda 9 nəfər Demokrat Partiyasından vahid namizəd tərəfindən irəli sürülmək üçün mübarizəni davam etdirirlər.

Onların arasında keçmiş vitse-prezident Co Bayden, senatorlar Berni Sanders, Elizabet Uorren, Emi Klobuşar, Saut Bend şəhərinin (İndiana) meri Pitt Butticiç, milyarder və filantrop Tom Steyer, 78 yaşlı milyarder Maykl Blumberq və Havaydan Nümayəndələr palatasının üzvü Tulsi Qabbard var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər