ABŞ-da baş verən avtomobil qəzası rezonansa səbəb olub.
Teleqraf.com xəbər verir ki, avtomobili idarə edən 27 yaşlı Ovalle adlı xanım spirtli içkinin təsiri altında olub və dairəvi yolu dönmək əvəzinə saatda 100 kilometr sürətlə qarşısındakı səkiyə çırpılıb.
Kaliforniyada meydana gələn qəza zamanı avtomobil çırpıldıqdan sonra 10 metrlərlə havada uçaraq yenidən yolun ortasına düşüb.
Avtomobil yararsız hala düşsə də 27 yaşlı sürücü yüngül yaralanıb.