“ABŞ qoşunlarının Suriyadan çıxarılması Trampın təşviqat vədi idi. ABŞ hərbi qüvvələrinin Suriyada saxlanması və gücləndirilməsi Amerika əsgərləri üçün riskləri artırır”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Əjdər Kurtov deyib.
“Tramp verdiyi vədi yerinə yetirmədi və bu, təəccüblü deyil. Birləşmiş Ştatlar qoşunların çıxarılmasını təxirə salmağa və bu prosesi ləğv etməyə çalışır. Çox güman ki, Tramp Suriya məsələsində Demokratlara və Pentaqona uduzdu. Bununla belə, Suriyadakı vəziyyət elə bir şəkildə inkişaf edir ki, hərbi qüvvələrin daha da artırılması amerikalıların özləri üçün təhlükəli olur, çünki bu, yerli əhali arasında narazılıq doğurur”, - deyə Kurtov əlavə edib.
ABŞ mediasına görə, hazırda Suriyada 500-ə yaxın amerikalı əsgər var. Eyni zamanda, Suriya KİV-nin məlumatına görə, bu yaxınlarda tanklar, hərbi texnika və mühəndis avadanlıqları daşıyan əlli Amerika yük maşınlarından ibarət karvan Haseke vilayətinə gəlib. Təhlilçilər hesab edirlər ki, Vaşinqton Suriyadakı hərbi qüvvələrini saxlamaq niyyətindədir, Trampın qoşunları çıxarmaq barədə ilkin qərarından fərqli olaraq…
ABŞ-ın bölgədəki qüvvələrini artırması qərarı İdlibdə Əsəd ordusu və Rusiya ilə qarşıdurma vəziyyətində olan Türkiyəyə dəstək olacağı istisna olunmur.