Bu, müxalifətin tamamilə məğlubiyyətə uğradılması üçün başlanğıcdır. Tez və ya gec uduzacaqlar.
Teleqraf.com xəbər verir ki, bu sözləri Suriya rejiminin lideri Bəşər Əsəd ölkə mediasına deyib.
Xatırladaq ki, Əsəd rejiminə bağlı qüvvələrin həyata keçirdiyi əməliyyat nəticəsində Hələbin qərbindəki bir sıra kəndlər və ərazilər müxalifətdən alınıb.
Əsəd deyib ki, Suriya ordusunun addımları hələ başlanğıcdır.
Hələbdəki, uğurların müharibənin sonu olmadığını vurğulayan Əsəd müxalifəti təhdid edərək, qətliamlarını davam etdirəcəyi mesajını verib.
BMT-yə görə, Bəşər Əsədin İdlib və ətrafındakı ərazilərə Rusiyanın və İranın dəstəyi sayəsində başlatdığı hücumlar nəticəsində 900 min suriyalı Türkiyə sərhədlərinə doğru köçə başlayıb.