18 Fevral 2020 22:21
2 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Röyter” agentliyi Türkiyə ilə bağlı sensasion iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, İngiltərənin nüfuzlu nəşri hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa edən şəxslərin sabiq İqtisadiyyat Naziri Əli Babacanın yaradacağı yeni partiyaya keçəcəyi barədə xəbər yayıb.

Agentliyə danışan mənbə partiyanın qurulması üçün bütün hazırlıqların tamamlandığını bildirib.

Məlumata görə, partiyada AKP-dən istefa verənlərlə yanaşı, yeni simalar da təmsil olunacaq.

Babacanın sədr olacağını deyən başqa bir mənbə isə artıq partiyanın təsis olunması ilə bağlı sənədlərin Daxili İşlər Nazirliyinə göndərildiyini deyib.

Yeni partiyanın mart ayında elan olunacağı bildirilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər