Ukrayna Dövlət Film Agentliyi hazırkı Prezident Vladimir Zelenskinin baş rollardan birində çəkildiyi “Ən yaxşı 8 görüş” filminin nümayişini və yayılmasını qadağan edib.
Teleqraf.com xəbər verir ki, komediya filminin qadağası haqda qərar hələ 2019-cu ildən verilib. Zelenskidən başqa filmdəYekater ina Varnava, Oksana Akinışina, Svetlana Xodçenkova çəkiliblər. Zelenski, həmçinin, filminprodüseri və ssenaristidir.
Ekran işinin premyerası 2012-ci ilin yazında olub.
Film daha öncə Rusiyada qadağan olunmuşdu.
Ukrayna Dövlət Təhlükəsizlik Xidməti açıq-saçıq səhnələrlə zəngin olan bu filmdə rol alan rusiyalı aktrisa Yekaterina Varnavanı ölkənin ərazi bütövlüyünə hörmətsizlik adı ilə "qara siyahıya" salıb. Ukrayna Dövlət Film Agentliyi də bu üzdən filmin yayımına qadağa qoyub.