19 Fevral 2020 14:42
2 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İdlibdə Suriya ordusuna qarşı keçirəcəyi əməliyyat ən pis ssenari olar.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Türkiyənin İdlibdə mümkün hərbi əməliyyatına qarşı xəbərdarlıq edib.

Türkiyənin İdlibdə Suriya ordusuna qarşı keçirəcəyi əməliyyatın ən pis ssenari olacağını bildirən Peskov, bunun qarşısını almaq üçün Türkiyə və Rusiya arasında dialoqun davam edəcəyini bildirib.

Xatırladaq ki, Kremlin bu mövqeyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İdliblə bağlı əməliyyat siqnalı verməsindən dəqiqələr sonra açıqlanıb.

Son iki gündə Moskvada Türkiyə və Rusiya nümayəndə heyətləri arasında aparılan müzakirələrin nəticəsinin başa çatmasından sonra əməliyyat siqnalı verən Ərdoğan bəyan edib ki, bu ana qədər arzu edilən nəticəyə çatılmayıb:

“Masada bizim istədiyimiz yerin çox uzaqda olduğu reallıqdır. Türkiyə İdlib məsələsində öz hərəkət planına uyğun olaraq hazırlığını görüb. “Bir gecə qəfildən gələ bilərik” deyirik. Daha açıq ifadə ilə İdlib əməliyyatı bir an məsələsidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər