25 Sentyabr 2014 21:05
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Obama administrasiyası Ebola virusu ilə mübarizə səylərini davam etdirir.

Bu gün Nyu-Yorkda BMT-nin yığıncağında etdiyi çıxışı zamanı ABŞ prezidenti Ebolanın regional və qlobal təhlükəsizliyə hədə adlandırıb.

Barak Obama deyib ki, Liberiya, Syerra Leonedə səhiyyə sistemi dağılmış vəziyyətdədir. ABŞ prezidenti epidemiyanın yayılmasının dayandırılmasının bütün dünyanın marağında olduğunu vurğulayıb.

"İqtisadi inkişaf kəskin şəkildə enib. Epidemiya dayandırılmasa regionu humanitar fəlakət bürüyəcək "- deyə ABŞ dövlət başçısı bildirib.

Barak Obama BMT-yə üzv ölkələri təbbi yardımların artırılmasına çağırıb.

BMT-nin baş katibi Ban Gi Mun deyib ki, görüşün məqsədi ebola ilə mübarizədə dünya ölkələrini bir araya gətirməkdir.

ABŞ prezidenti ötən həftə Qərbi Afrika ölkələrinə yardım məqsədi ilə 1 milyard dollarlıq vəsait ayrıldığını elan edib.

Amerika Afrikaya artıq həkimlər, alimlər və hərbi personal göndərib.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, Ebola Afrikada 3000-dən artıq insan həyatına son qoyub.


Müəllif:

Oxşar xəbərlər