Türkiyə Siirt-Şırnak xəttində “Qapan-7 Qaradağ” əməliyyatına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlunata görə, əməliyyat Qaradağdakı sığınacaqlarda olduğu ehtimal edilən terrorçuların zərərsizləşdirilməsi məqsədilə keçirilir. Şırnak Jandarma Ərazi Komandanlığı, Siirt Jandarma Komandanlığı və Çakırsöyüd Jandarma Komandanlığının qatıldığı əməliyyatda 900-ə yaxın hərbçi iştirak edir.