Suriya başçısı Bəşər Əsəd Liviya Milli Ordusunun qiyamçı komandanı, general Xəlifə Haftara dəstək məqsədilə bu ölkəyə muzdlulardan ibarət hərbi qüvvə göndərib.
Teleqraf.com xəbər verir ki, Əsəd və Haftarın Liviyanın legitim Milli Sülh Hökumətinə qarşı birləşdiyi bildirilib.
Fransanın “Le Monde” nəşri Bəşər Əsəd və Xəlifə Haftarın Milli Sülh Hökumətinə qarşı ittifaq qurduğunu yazıb.
Məlumatda sözügedən ittifaqın Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən dəstəkləndiyi vurğulanıb.
Hərbi ittifaqın isə ərəb dövlətləri tərəfindən maliyyələşdirildiyi qeyd edilib.
Əlavə edək ki, Liviya Milli Sülh Hökumətinin müttəfiqi Türkiyədir.