7 Mart 2020 11:05
3 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı öz təsiri altına salan koronavirus səbəbiylə ABŞ 10 gün ərzində Asiya ölkələrindən gələn dolları karantinə almağa başlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Mərkəzi Bankı epidemiyanın yayılmasının qarşısını almaq üçün fevralın 21-dən bu qərarı tətbiq edir.

Bank Asiyadan gələn dollarları ölkədə təkrar istifadəyə təqdim etməzdən əvvəl 7 və ya 10 gün müddətində karantində saxlayır.

Qərarın nə vaxta qədər tətbiq ediləcəyi dəqiqləşdirilməyib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər