Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 79-cu sesssiyasının “Yüksək Səviyyəli Həftə”si öz işinə başlayıb.
Teleqraf.com “Report”a istinadən xəbər verir ki, BMT-yə üzv 193 ölkədən ölkə liderlərini, dövlət və hökümət nümayəndələrini bir araya gətirən ənənəni həftənin ilk iki günündə Gələcək naminə Sammitin (Summit for the Future) açılışı olub.
Zirvə BMT-nin Baş katibi Antoniu Quterriş və BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Fliemon Yanqın (Philemon Yang) sədrliyi ilə baş tutub.
Toplantıda qlobal əməkdaşlığı gücləndirmək və cari çağırışlara səmərəli uyğunlaşma yolları, dünya miqyasında bəşəriyyətin tərəqqisinə təkan vermək məqsədi daşıyan Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olma yolları, nüvə silahlarından istifadənin qarşısının alınması və qlobal güclərin həmrəliyi əsas müzakirə mövzusudur.
Sammitdə Azərbaycanın nümayəndə heyəti də iştirak edir.
“Gələcək Sammiti Gələcək naminə Paktının qəbulu ilə yenicə başlayıb. Sammit bütün bəşəriyyət və gələcək nəsillər naminə iqlim böhranı da daxil olmaqla, indi və gələcəkdə qarşılaşdığımız problemləri necə idarə edəcəyimizi müzakirə etmək üçün platforma olacaq”, – xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkədə yazıb.