Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün əlindən gələni edəcək.
Teleqraf.com xarici mətbuata istiandən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden deyib.
Amerika lideri regionda gərginliyin artması ilə bağlı narahatlığını da dilə gətirib.
“Müharibənin şiddətlənməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyik. Biz buna israrla nail olmağa davam edirik”, - Bayden vurğulayıb.