Fermer öz həyətində yol çəkərkən min illik Vikinq gümüş zinət əşyaları tapıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Norveçdə baş verib.
Aparılan araşdırmalar nəticəsində yerin 18 sm dərinliyində dörd gümüş bilərzik tapılıb. Alimlər gümüş bilərziklərin düşmən hücumundan qaçan qədim vikinqlər tərəfindən basdırıldığını irəli sürüb.
Bundan başqa alimlər o dövrdə Norveçdə gümüş mədənləri olmadığı üçün bunun ölkəyə ticarət, basqın və ya hədiyyə yolu ilə daxil olduğunu deyib.