Serbiyanın paytaxtı Belqradda parlament binası yaxınlığında bir əsr yaşı olan bomba zərərsizləşdirilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və Daxili İşlər Nazirliyinin rəhbəri İvitsa Daçiç məlumat verib.
Onun sözlərinə görə, bomba şəhərin mərkəzində işləyərkən təsadüfən tikinti işçiləri tərəfindən tapılıb. Tikinti texnikası səkkiz metr dərinlikdə döyüş sursatı ilə qarşılaşıb. Təhlükəli yer mühasirəyə alınıb, mərmi çıxarılaraq oradan uzaqlaşdırılıb.
Aşkar edilmiş bombanın çəkisi 280 kiloqramdan çox, kalibri 305 millimetr idi. Qeyd olunur ki, mərmi Birinci Dünya Müharibəsi zamanı Avstriya-Macarıstan ordusu tərəfindən istifadə edilib.