İranda İsraillə əməkdaşlıq etdiyi iddia edilən 12 nəfərin saxlanıldığı bildirilir.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
“İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qüvvələri ölkənin altı müxtəlif vilayətində İsrail ilə əməkdaşlıq edən və ölkənin təhlükəsizliyinə qarşı əməliyyatlar planlaşdıran 12 əməliyyatçını saxlayıb”, - deyə bəyanatda qeyd olunub.