20:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrikada güclü qar yağışı zamanı bir qadın ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Afrikanın IOL nəşri məlumat yayıb .

Məlumata görə, qadın Yohannesburq -Durban şossesi ilə hərəkət edən taksidə ilişib qalıb. Avtomobil 30 kilometrlik tıxacda qalıb. Avtomobilin içərisində temperatur aşağı düşüb. Buna görə də maşında qalan qadın hipotermiyadan ölüb.

Hazırda Qızıl Xaç Cəmiyyəti ərazidə qar altında qalan avtomobil sürücülərinə kömək etməyə çalışır və onlara isti yemək paylayır.


Müəllif: Arzu

Oxşar xəbərlər