Naməlum şəxs Novodeviçi qəbiristanlığında Şən və Hazırcavablar Klubu (ŞHK) televiziya verilişinin yaradıcısı və aparıcısı Aleksandr Maslyakovun məzarını dağıdıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, naməlum şəxs məzarda olan xaçı qoparıb, fotoşəkilləri söküb.
Qəbiristanlığın mühafizəçiləri həmin şəxsi saxlayıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verib.
Qeyd edək ki, Aleksandr Maslyakov bu il sentyabrın 8-də vəfat edib. 82 yaşlı aparıcı ağciyər xərçəngindən ölüb.