Ukrayna PUA-larla Volqoqrad və Həştərxana hücum edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində Volqoqrad və Həştərxan şəhərlərində yerləşən hava limanları bağlanıb.
Bildirilir ki, Volqoqrad hava limanı gecə saat 01:40-dan etibarən təyyarələrin qəbulunu və uçuşunu dayandırıb. Bu səbəbdən iki reys təxirə salınıb. Bir saat sonra Həştərxan hava limanı da bağlanıb, buna görə də üç reysdə gecikmə yaşanıb.
Rusiya Müdafiə Nazirliyi yaydığı məlumata görə, Həştərxan vilayətində PUA-lar zərərsizləşdirilib.