26 Sentyabr 2014 23:26
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlində Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli qaz danışıqları keçirilib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna oktyabr ayının sonuna kimi “Qazprom”a 2 milyard dollar ödəməyi təklif edir.

Danışıqlarda iştirak edən Avropa Birliyinin enerji məsələləri üzrə komissiarı Hünter Ettinger Ukraynanın bundan əlavə ilin sonuna kimi “Qazprom”un hesabına daha 1,1 millyard dollar ödəməyi üzərinə götürdüyünü bildirib.

“Beləliklə, oktyabrda 2 milyard, ilin sonuna kimi daha 1,1 milyard dollar, yekunda isə “Qazprom”a 3,1 milyard dollar ödəniləcək”, - deyə H. Ettinqer dəqiqləşdirib.

Onun sözlərinə görə, Berlindəki görüşdə “qış paketi”nin əsas bəndləri müzakirə edilib: “Güman edirik ki, ən yaxın qış və yaz ayları üçün real qərarlar olacaq”.


Müəllif:

Oxşar xəbərlər