12 Mart 2020 14:50
2 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində koronavirusla (Kovid-19) mübarizə məqsədilə qurulan Milli Səhiyyə Komissiyasının rəhbəri Çjun Nanşan dünya miqyasında narahatlıq yaradan pandemiya ilə bağlı kritik açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Nanşan qlobal təhdidlərə yol açan koronavirusun yayılmasının iyun ayında dayanacağını gözlədiklərini deyib.

83 yaşlı elm adamı Çində bu virusa yoluxan insanların əksəriyyətinin asimptomatik xəstələr olduğunu, sağalan xəstələr arasında yenidən yoluxma riskinin də sürətlə aşağı düşdüyünü açıqlayıb.

2002-ci ildə Çində ortaya çıxaraq yayılan SARS virusunu kəşf etmiş elm adamı kimi tanına Nanşan 2005-2009-cu illərdə Çinin səhiyyə naziri olub.


Müəllif: Mənsur Rəğbətoğlu