14 Mart 2020 15:19
4 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artrit əleyhinə dərman iki koronavirus xəstəsində əla nəticələr göstərib.

Teleqraf.com xəbər verir ki, bunu İtaliyanın Neapol şəhərindəki Paskal xəstəxanasından onkoloq Paolo Aserto deyib.

Mütəxəssis bu preparatın koronovirusla mübarizədə geniş istifadəsi ilə əlaqədar milli protokolun qəbul edilməsini istəyib.

Atlizumab olaraq da tanınan tosilizumab peraparatı şiddətli artrit müalicəsində istifadə olunan immunosupressiv dərmandır.

“Bu dərman KOVID-19-un səbəb olduğu pnevmoniyaya qarşı təsirli olduğunu göstərdi” deyən Aserto, ilk iki xəstənin çərşənbə axşamı bu dərmanla müalicə edildiyini izah edib və ertəsi gün dərmanı daha iki yoluxmuş insana qarşı istifadə etmək qərarına gəlib.


Müəllif: Səxavət

Oxşar xəbərlər