İspaniya parlamentinin Yuxarı Palatası Şimali Makedoniyanın NATO-ya üzv olması barədə sənədləri ratifikasiya edib.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq özünün "Twitter" səhifəsində yazıb.
İspaniya həmin sənədləri NATO-nun 29 üzv ölkələrindən sonuncusu kimi ratifikasiya edib və bununla Şimali Makedoniyanın NATO üzvlüyünə yol açıb.
“Bununla bağlı bütün tərəfdaşlarımız (NATO üzrə) tezliklə 30-cu üzvümüz olacaq ölkəni qarşıladı. Şimali Makedoniyanı təbrik edirik”, - baş katib əlavə edib.