Tanınmış güney azərbaycanlı milli-mədəni fəal və yazıçı Həsən Raşidi koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə yazıçının özü məlumat verib.
Hazırda evdə müalicə olunduğunu bildirən fəal vəziyyətinin yaxşılaşmağa doğru getdiyini deyib.
Həsən Raşidi Güney Azərbaycanın tanınmış fəal və yazıçılarından biridir. “Türklər və onların İranda tarix, dil və kimliyinin araşdırılması”, “Türk dili və onun İrandakı keçmişi və bugünkü vəziyyəti” və “Dilimizin sadə qrammatikası” kitabları onun məşhur əsərlərindəndir.
Həsən Raşidi Azərbaycan türklərinin mədəni haqları uğrunda apardığı fəaliyyətlərə görə dəfələrlə İran kəşfiyyatı tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.