Gürcüstanda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 40-a çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkə hökumətinin xəstəliyin monitorinqi üçün yaratdığı xüsusi saytda məlumat yerləşdirilib.
“İnfeksiyaya 40 təsdiqlənmiş yoluxma halı var, onlardan 1-i sağalıb, 1344 nəfər karantin rejimində, 216 nəfər müşahidə altındadır”, – deyə saytda bildirilib.