20 Mart 2020 14:45
20 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada koronavirusa yoluxan 79 yaşlı bir kişi “Remdesivir” adlı dərmandan sağalıb.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər xəstənin müalicədə istifadə olunan dərmana müsbət reaksiya verdiyini açıqlayıb.

İngilis nəşri “Daily Mail”in məlumatına görə, 10 il əvvəl “Ebola” virusu üçün hazırlanan dərmanla müalicə olunan xəstə 12 gün sonra xəstəxanadan evə buraxılıb.

Həmin məlumatda qeyd edilib ki, ABŞ-da da koronavirusa yoluxan bir qadın xəstə də “Remdesivir” ilə müalicəyə müsbət reaksiya verib.

Əvvəlcə “Ebola” ilə mübarizə üçün hazırlanan “Remdesivir” kliniki analizlərdə müsbət nəticə verməmiş, amma 2012-ci ildə bir başqa koronavirus infeksiyası olan “Mers”ə qarşı təsirli olduğu üzə çıxmışdı.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜTM) açıqlamasına görə, koronavirusa yoluxanların 80 faizi xüsusi müalicəyə ehtiyac olmadan sagala bilir. Ancaq xəstəliyin ağır hallarında tənəffüs çatışmazlığı müşahidə oluna bilir.


Müəllif: Mənsur Rəğbətoğlu