Cənubi Koreyada koronavirus infeksiyasından ölənlərin sayı 111 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində ölkədə koronavirusa 64 yeni yoluxma hadisəsi qeydə alınıb.
Qeyd edilir ki, indiyədək 3,1 min nəfərdən çox xəstə sağalıb.
Bundan əvvəl Cənubi Koreyada koronavirus infeksiyasından 81 nəfərin öldüyü bildirilmişdi.